-
Terminlər lüğəti
Daşıyıcı – bağlamaların daşınmasını həyata keçirən və ya bu öhdəliyi üzərinə götürən fiziki şəxs və ya şirkət;
Müştəri – camex.az saytında qeydiyyatdan keçmiş və şirkətin xidmətlərindən istifadə edən fiziki şəxs;
Çatdırılma ünvanı (Shipping address) – müştərinin onlayn alış zamanı qeyd etdiyi bağlama çatdırılma ünvanı;
Ödəniş ünvanı (Billing address) – müştərinin bank kartının qeydiyyatda olduğu ünvan;
Sifariş nömrəsi (Order number) – müştərinin sifariş nömrəsi;
İzləmə nömrəsi (Tracking number) – bağlamanın hərəkət mərhələlərini izləməyə imkan verən unikal identifikator;
Sifariş təsdiqi (Order confirmation) – sifarişin satıcı tərəfindən qəbul olunduğunu təsdiq edən məlumat;
Göndəriş təsdiqi (Shipping confirmation) – sifarişin satıcı tərəfindən müştərinin qeyd etdiyi ünvana göndərildiyini təsdiq edən məlumat;
İnvoys (Invoice) – satıcı tərəfindən alıcıya ödənişin həyata keçirilməsi üçün təqdim olunan sənəd.
-
300 ABŞ dolları limiti nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər bir təqvim ayı müddətində fiziki dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük ölkəyə idxal edə bilər.
Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
300 ABŞ dolları limiti keçərsə, vergilər Smart Customs tətbiqində və ya Gömrük Komitəsinin saytında ödənilməlidir. Əks halda bağlama Bakıya göndərilməyəcək.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanc haqqı hesablanır.
Zəhmət olmasa, sifariş verərkən diqqətli olun!
-
Bəyannamənin doldurulma qaydası
az.camex.net saytında bəyannaməni 2 bölmədən doldurmaq mümkündür:
1) “Öncədən bəyan et”
2) “Xarici anbardadır”İnvoysu sifariş etdiyiniz saytda "sifarişlər" bölməsindən və ya mail-dən (Order confirmation) əldə edə bilərsiniz.
İnvoysda məhsulun adı, qiyməti, sayı və ödənilən ümumi məbləğ kimi məlumatlar mütləq qeyd olunmalıdır.
* "Öncədən bəyan et" bölməsindən bəyannamə, satıcı bağlama üçün trek nömrə təqdim etdiyi andan anbara təhvil verilənə qədər doldurula və invoys əlavə oluna bilər.
Videodan bağlamanın öncədən bəyan edilməsi qaydası ilə tanış ola bilərsiniz:
* Bağlama artıq anbara çatdıqdan sonra isə bəyannamə yalnız "Xarici anbardadır" bölməsindən doldurulmalı və mütləq şəkildə invoys və ya qiymət əlavə olunmalıdır.
Diqqət!!!
1) Bir bağlama üçün PDF və ya JPG formatda yalnız BİR fayl əlavə etmək mümkündür.
2) Bəyannaməni tam doldurmaq üçün mütləq şəkildə invoys fayl əlavə olunmalıdır.
Əgər yalnış invoys fayl əlavə etmisinizsə, zəhmət olmasa, *2112 məlumat mərkəzimizlə əlaqə saxlayın.
Nəzərinizə çatdırırıq ki, ABŞ anbarımıza çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 30 gün müəyyən edilir.
Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə, anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 bağlamaya görə 2 ABŞ dolları miqdarında saxlanc haqqı tutulacaqdır.
Bağlamanın bəyanaməsinin doldurulması haqqında bildirişlərin göndərilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 60 gün müəyyən edilir. 60 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Bağlamalarla əlaqədar hər hansı bir problemin yaranmaması üçün bəyannamələrin doldurulmasına daha diqqətlə yanaşmağınızı Sizdən xahiş edirik.
-
İNGİLTƏRƏDƏN daşıma şərtləri
İngiltərədən daşınma zamanı bağlamanın həcm çəkisi ilə fiziki çəkisi arasında fərq 15 kiloqramdan çox olarsa, daşınma haqqı ən yüksək olan çəki göstəricisi əsasında hesablanacaqdır.
Məsələn:
1. Bağlamanın fiziki çəkisi 3 kq, həcm çəkisi isə 35 kq təşkil edir. Bu zaman bağlamanın daşınma haqqı həcm çəkisi əsasında hesabalanacaqdır.
2. Bağlamanın fiziki çəkisi 20 kq, həcm çəkisi isə 4 kq təşkil edir. Bu zaman bağlamanın daşınma haqqı fiziki əsasında hesablanacaqdır.
Xahiş olunur sifariş verərkən diqqətli olun.
-
Təyinat məntəqəsini necə seçmək olar?
Məhsulun sifarişi zamanı qeyd olunan detalları nəzərə almaq lazımdır:
1. Bağlamanı təhvil alınacaq ofisi, yəni təyinat məntəqəsini yalnız bağlama "GÖNDƏRİLİB" bölməsində olanda dəyişmək mümkündür. Bunun üçün az.camex.net saytında şəxsi hesabınıza daxil olub, "BAĞLAMANIN TƏHVİL VERİLMƏ MƏNTƏQƏSİ" bölməsindən təyinat məntəqəsini seçmək lazımdır.
2. Bağlamaların təyinat məntəqəsinin yalnız reysə uyğun olaraq dəyişdirilməsi mümkündür. Yəni bir reysdə (göndərişdə) olan bağlamalar üçün fərqli təyinat məntəqəsi seçmə imkanı YOXDUR.
3. Əgər bağlamanın daşınma haqqı onlayn ödənilibdirsə, təyinat məntəqəsinin dəyişdirilməsi qeyri-mümkündür.
-
DAŞINILMASINA İCAZƏ YOXDUR
ABŞ ALMANİYA ÇİN ISPANIYA İNGILTƏRƏ Mobil telefonlar Qida məhsulları, siqaret və tütün məmulatları (sigar, nargilə, elektron siqaret üçün maye və s.) Narkotik və psixotrop maddələr tərkibli məhsullar Hover Board skuter, akkumulyatorlar, amortizatorlar, avtomobil yağları və yağ tərkibli bütün məhsullar Partlayıcı, radioaktiv, yanıcı və digər təhlükəli maddələr, o cümlədən yüksək təzyiq altında olan məhsullar ( sprey, quru şampunlar, alışqanlar, hava yastıqları və s.) Pornografik məhsullar, zorakılığı, terrorizmi təşviq edən və reklam edən məhsullar Heyvanlar, heyvan dəriləri, flora və fauna, toxumlar Zinət əşyaları, qiymətli daşlar və metallar Valyuta (pul, saxta pul, kredit, debit və hədiyyə kartları və s.) Tez xarab olan məhsullar və xüsusi saxlama tələb edən məhsullar Maye məhsullar Silah növləri (atəşli və soyuq silahlar), sursatlar, hərbi əşyalar, partlayıcı maddələr, hərbi texnika, ov silahı üçün patron doldurma cihazı Hava nəqliyyatı ilə daşınması qadağan olunan əşyalar Azərbaycan ərazisində qadağan olunmuş xüsusi avadanlıq (gizli kameralar, dinləmə cihazları, radioqəbuledicilər, dron, gizli səs yazıcı və digər casus əşyalar) Saxta məhsullar (orijinal lisenziyasız məhsullar) Müxtəlif növ batareyalar, powerbank-lar Toz halında olan məhsullar *Tozsoran (elektrik mühərriki ilə) *Tozsoran (elektrik mühərriki ilə) Elektronika Xiaomi M365 elektrik skuteri Xiaomi M365 elektrik skuteri Toner * ABŞ ixrac qanunvericiliyinə əsasən, qida məhsullarının, istənilən növ atəşli silahların, onun hissələrinin və aksesuarlarının, optik lazer nişangahlarının, optik binoklların və döyüş təyinatlı materialların daşınması məhduddur. -
Bağlamaların anbarlarda saxlanılma şərtləri
Azərbaycanda yerləşən filiallar
Camex-in Bakı filialına daxil olan bağlamalar 30 gün ərzində müştəri tərəfindən təhvil alındığı təqdirdə həmin bağlamalara anbar saxlama haqqı tətbiq edilmir.
Bu müddət müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin bağlama təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün 0.50 AZN miqdarında saxlama haqqı tutulur.
Müştəri onun adına Azərbaycanda yerləşən filiallardan bağlamanın təhvil alınmasına dair Camex tərəfindən xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 2 ay müəyyən edilir. 2 aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Xaricdə yerləşən anbarlar
Müştəri onun adına xarici anbara daxil olmuş (ABŞ anbarı istisna olmaqla) bağlamanın bəyannaməsinin doldurulmasına dair Camex tərəfindən xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 2 ay müəyyən edilir. 2 aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Qeyd:
ABŞ anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 30 gün müəyyən edilir.
Göstərilən müddətə əməl olunmadığı halda, hər gecikdirilmiş gün üçün 1 bağlamaya görə 2 ABŞ dolları məbləğində saxlama haqqı tətbiq olunacaq. Bu məbləğ müştəri rəsmi şəkildə bizimlə əlaqə saxlayıb saxlama ödənişini qəbul etdiyini təsdiqləyənədək hesablanmağa davam edəcək. Təsdiq verildikdən sonra saxlama haqqının hesablanması dayandırılacaq.
Bağlamanın bəyanaməsinin doldurulması haqqında bildirişlərin göndərilməsinin son həddi 60 gün müəyyən edilir. Qeyd edək ki, 60 gündən sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.
Qeyd edək ki, bütün xarici anbarlarda bağlamaların maksimum saxlanılma müddəti 60 gün müəyyən edilir. 60 günlük müddət başa çatdıqdan sonra təhvil alınmayan və ya müvafiq prosedurları tamamlanmayan bağlamalar şirkətin mülkiyyətinə keçir və şirkət həmin bağlama ilə bağlı müvafiq qərar vermək hüququnu özündə saxlayır.
-
ABŞ ANBARINDA BAĞLAMALARIN SAXLANILMASI QAYDALARI DƏYİŞİB.
Hörmətli Müştərilər, nəzərinizə çatdırırıq ki, 2023-cü ilin Sentyabr ayından AZCAMEX ABŞ anbarına çatdırılmış bağlamaların anbarda ödənişsiz saxlanılmasının son həddi 30 gün müəyyən edilib.
Nəzərdə tutulmuş müddət ötürüldüyü təqdirdə anbarda saxlanıldığı hər əlavə gün üçün hər 1 (bir) bağlamaya görə 2 ABŞ dolları miqdarında saxlanc haqqı tutulur.
Bu məbləğ müştəri rəsmi şəkildə bizimlə əlaqə saxlayıb saxlama ödənişini qəbul etdiyini təsdiqləyənədək hesablanmağa davam edəcək. Təsdiq verildikdən sonra saxlama haqqının hesablanması dayandırılacaq. Amerikadakı anbara daxil olan bağlamanın bəyannaməsinin doldurulması üçün son bildiriş müddəti yükün qəbul edildiyi tarixdən etibarən 60 gündür. 60 gün tamam olduqdan sonra şirkət məhsulu məhv etmək hüququna malikdir.
Bağlamalarla əlaqədar hər hansı bir problemin yaranmaması üçün bəyannamələrin doldurulmasına daha diqqətlə yanaşmağınızı Sizdən xahiş edirik.
Hörmətlə, AZ.CAMEX.NET
-
Göndəriş üçün bağlama nə zaman bəyan olunmalıdır?
Bağlamanın yola düşməsi üçün AZCAMEX "Xarici anbardadır" bölməsindən mehsulun invoys və qiymətinin bəyan edilməsi və Gömrük bəyannaməsinin yaradılması proseslərini göndəriş günündən 24 saat öncə etmək məsləhətlidir. Əks halda bağlamanın yaxın göndəriş ilə xarici anbardan yola düşməməsi ehtimalı yarana bilər.
-
Fors-major hallar
Şirkət qaydalarına əsasən, yükün reyslə göndərildikdən sonra çatdırılması 3–14 iş günü müddətində həyata keçirilə bilər. Göstərilən müddət təxmini hesab olunur və hava şəraiti, gömrük prosedurları, aviadaşıyıcıların yüklənməsi, bayram günləri və şirkətdən asılı olmayan digər fors-major hallardan asılı olaraq dəyişə bilər.
Şirkət gömrük orqanları, aviaşirkətlər, dövlət qurumları və ya şirkətin nəzarətindən kənar olan digər səbəblərlə yaranan gecikmələrə görə məsuliyyət daşımır.
Həmçinin nəzərinizə çatdırırıq ki, yükün itirilməsi və ya zədələnməsi faktı təsdiqləndiyi halda kompensasiya müraciətinə baxılması və ödəniş prosesi bütün tələb olunan sənədlər təqdim edildikdən sonra 30 iş gününədək davam edə bilər. Vəsaitin hesaba köçürülmə müddəti əlavə olaraq bank sistemləri və ödəniş xidmətlərinin iş prinsipindən asılıdır.
Şirkət diqqətə çatdırır ki, kuryer xidmətinin sistemində bağlama çatdırıldıqdan sonra görünən avtomatik “Camex” imzası yükün şirkət tərəfindən faktiki qəbul edilməsi demək deyil.
Bu imza göndərişin ünvan hissəsində qeyd olunan məlumat əsasında avtomatik formalaşır və bağlama şirkət əməkdaşlarına real şəkildə təhvil verilmədən də çatdırılma statusunda görünə bilər.
Bu səbəbdən kuryer xidməti tərəfindən “çatdırıldı” statusu verilmiş, lakin faktiki olaraq Camex anbarına daxil olmamış göndərişlərə görə şirkət məsuliyyət daşımır.
-
Bağlamaların göstərilməsinin müddəti və naməlum mallar
Çatdırıldıqdan sonra bağlamalar 1-3 iş günü ərzində hesabınızda görünür, lakin bu yalnız kuryer xidmətindən asılıdır. Bəzən şirkətlər - USPS, FedEx və s. qeyd edirlər ki, bağlama artıq çatdırılıb, əslində isə bağlama bir neçə gün sonra bizə çatdırılır.
Bu cür hallar da olur ki, bağlama anbarımıza təhvil verilir, lakin müəyyən məlumatlar, məsələn, AZCamex ID və ya müştərilərin adı və soyadı bağlamanın üzərində qeyd olunmayıb. Belə bir vəziyyətdə bağlama naməlum olaraq sistemimizə əlavə olunur. Müştəri malların çatdırılmasından 3 gün sonra şirkətimizlə əlaqə saxlamalıdır, çünki bu halda yalnız Camex işçiləri bağlamaları hesaba əlavə edə biləcəklər.
-
WALMART-dan sifarişlər
Walmart kimi tanınan şirkət alıcılar arasında məhşurdur, lakin bir çox vacib məqamlar var ki, biz bu satıcıdan sifariş etməyi qətiliklə tövsiyə etmirik. Təəssüf ki, 90% hallarda malların çatdırılması zamanı Walmart bağlama üçün izləmə nömrəsi müştəriyə təqdim etmir, həmin səbəbdən bağlamanı izləmək mümkün deyil.
Çox vaxt bu şirkətin kuryerləri çatdırılmanın fotoşəkilini təqdim edirlər, lakin bu qədər illər ərzində biz tez-tez bağlamanın şəxsən anbarımıza təhvil verilmədiyi, küçədə və ya bəzən yolda qaldığı bir vəziyyətlə qarşılaşırıq. Həmçinin, müştərilər tez-tez malların qəbulu problemi ilə üzləşirlər. Çox vaxt müştərilər bir məhsul sifariş edirlər, lakin tamamilə fərqli bir məhsul alırlar.
Qeyd etmək istərdik ki, AZCamex MMC Walmart tərəfindən göndərilən mallara görə məsuliyyət daşımır.
-
Almaniyadan parfümeriyanın daşınması
Diqqətinizə çatdırırıq: ətir, sprey və şüşə kosmetik məhsullar daşınma tələbləri və nəqliyyat şəraitinə görə ayrıca reys ilə göndərilir. Bu reys ayda bir dəfə həyata keçirilir, buna görə də bu məhsullar üçün əlavə 5 € ödəniş tətbiq olunur. Bu, məhsulların təhlükəsizliyini və keyfiyyətini təmin etməyə imkan verir.
-
Camex-lə necə sifariş etmək olar?
1) az.camex.net saytında qeydiyyatdan keçin;
Aşağıda qeyd olunan videoda qeydiyyatın tamamlanma qaydası ilə tanış ola bilərsiniz:
2) az.camex.net şəxsi hesabınızda bizim ABŞ, Yunanıstan, Almaniya, Çin, Türkiyə və İngiltərə yerləşən anbar ünvanlarımız təqdim olunacaq;
Pəncərənin sağ tərəfində ad və soyadınızın üzərinə klik edərək anbar ünvanlarını görə bilərsiniz.
3) Sifariş vermək istədiyiniz sayta daxil olun (məsələn: eBay, Amazon və s.) və sifariş zamanı «Camex» şəxsi hesabınızda qeyd olunan bizim 6 anbar ünvanlarından birini eyni ilə alış etdiyiniz saytda çatdırılma ünvanı (shipping address) kimi daxil edin;
4) Bağlama bizim ABŞ, Yunanıstan, Almaniya, Çin, Türkiyə və İngiltərə anbarlarından birinə daxil olduqdan sonra Sizə bu barədə avtomatik elektron poçt bildirişi göndərilir. Bundan sonra Siz bağlamanızın yerini və hərəkətini «Camex» şəxsi hesabınıza daxil olaraq izləyə bilərsiniz;
5) Bağlama Camex-in müvafiq filialında olanda Sizə SMS və elektron poçt vasitəsilə bildiriş məktubu göndəriləcəkdir.
Qeyd: Siz istənilən saytdan sifariş edə bilərsiniz. Əgər satıcı bağlamanı bizim xarici anbarlara çatdırırsa, tərəfimizdən daşınılması ilə bağlı bir problem yoxdur.
6) Ödəniş və sifarişin rəsmiləşdirilməsi üçün zəhmət olmasa shopping@camex.net elektron poçt ünvanı ilə və ya *2112 qaynar xətt nömrəsi vasitəsilə əlaqə saxlayın.
-
Camex-in üstünlükləri
- İnternet mağazalarından aldığınız məhsulların ABŞ, Almaniya, Yunanıstan, İspaniya, Çin və İngiltərədən çatdırılması, həmçinin onlayn mağazaların Azərbaycana birbaşa göndərməkdən imtina etdikləri məhsulların anbarlarımız vasitəsilə çatdırılmasının təmin edilməsi.
- Sərfəli tariflər və rahat çatdırılma xidməti.
- Bağlamaların daşınma xərclərinin daha sərfəli olması üçün yüklərin həcminin azaldılması.
- Həftədə 2–3 dəfə reyslərin həyata keçirilməsi.
- Anbarın vergidən azad ştatda yerləşməsi.
- ABŞ, Almaniya və İngiltərədən göndərilən bağlamaların daşınma haqqı fiziki və həcm çəkisi əsasında hesablanır. Çin-dən göndərilən bütün növ geyim, ayaqqabı, qadın və məktəb çantalarının daşınma haqqı isə yalnız fiziki çəki əsasında hesablanır.
- Müxtəlif onlayn mağazalardan onlayn alış-veriş xidmətinin həyata keçirilməsi.
- Saytlardakı yeniliklər və endirimlər barədə məlumatlandırma sistemi.
- Bakı, Sumqayıt və Xırdalan əraziləri üzrə daxili kuryer xidməti.
- Bakı şəhərində fəaliyyət göstərən filiallar.
- Müxtəlif ödəniş üsullarının mövcudluğu.
-
«Tracking» nədir?
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya yol nömrəsi təyin edir.Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.Əksər hallarda ölkə daxili çatdırmaları üç poçt-kuryer xidmətləri həyata keçirir: UPS, FedEx və USPS; nadir hallarda isə - DHL. PİLLOT və s.Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.Həcm çəkisi nədir və necə hesablanır?
Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən, təyyarə ilə daşınan yüklərin çəkisi ölçülərindən asılı olaraq iki formada hesablanır:
- Fiziki çəki;
- Həcm çəkisi.
Bağlamaların ölçüləri böyük olduqda və təyyarədə daha çox yer tutduqda, əvvəlcə hər iki çəki növü hesablanır. Daha sonra göstəricisi yüksək olan çəki daşınma çəkisi kimi qəbul edilir.
Təyin olunmuş qaydalara əsasən həcm çəkisi aşağıdakı şəkildə hesablanır:
(En (sm) × Uzunluq (sm) × Hündürlük (sm)) / 6000 = Həcm çəkisi (kg)
Onlayn alış edərkən nəyi bilməyiniz zəruridir?
Onlayn alış zamanı “Shipping Address” bölməsinin xanaları Camex hesabınızda təqdim edilən nümunəyə uyğun şəkildə doldurulmalıdır.
Ad, soyad və şəxsi nömrə düzgün qeyd edilmədiyi halda bağlama xarici anbarlarda saxlanılır, Azərbaycana göndərilmir və çatdırılma müddəti bağlamanın sahibi müəyyən edilənədək uzadılır.
Belə hallarda sifarişin gecikməsinə görə şirkət heç bir məsuliyyət daşımır.
“Onlayn sifariş yerləşdir” bölməsi vasitəsilə göndərilən sifarişlər 24 iş saatı ərzində icra olunur. Sifariş hər hansı səbəbdən həyata keçirilmədiyi halda, ödənilmiş məbləğ kart məlumatları təqdim edildikdən sonra bank tərəfindən 7–22 iş günü ərzində geri qaytarılır.
Bağlamanın satıcıdan anbara çatdırılması
Onlayn satış mağazasında alış tamamlandıqdan sonra müəyyən vaxt ərzində bağlama müştərinin qeyd etdiyi ünvana çatdırılır. Bunun üçün bağlama yerli poçt xidmətinə təhvil verilir.
Bağlamanın satıcının ünvanından anbarımıza çatdırılması satıcının yerləşdiyi ünvandan asılı olur. Amerika daxili çatdırılma təxminən 3–8 günə, Avropadan ABŞ anbarına təxminən 1–2 həftəyə, Çindən ABŞ və Almaniya anbarlarına çatdırılma isə təxminən 1 ay çəkir.
Bağlama anbara çatdırılmamışdan əvvəl “Camex”in müştərinin yükü haqqında məlumatı olmur və şirkət yük anbara təhvil verilənədək heç bir öhdəlik daşımır. Bağlama anbara daxil olduqdan sonra 3 iş günü ərzində müştərinin şəxsi hesabında qeyd olunur və tam bəyan edildikdən sonra növbəti reyslə Azərbaycana göndərilir.
Anbarların iş saatları:
ABŞ, İngiltərə, Almaniya, İspaniya və Çin anbarlarında:
Bazar ertəsi – Cümə günü
Saat: 10:00 – 17:00
Şənbə və bazar qeyri-iş günləridir.Şəxsi məlumatları necə dəyişmək olar?
Qeydiyyat zamanı daxil etdiyiniz məlumatların düzgün və dəqiq olduğundan əmin olun.
Şəxsi məlumatlarınızı yeniləmək üçün səhifənin sol tərəfində yerləşən “Şəxsi məlumatlar” bölməsinə klik edin. Dəyişiklikləri yadda saxlamaq üçün “Redaktə et” düyməsini sıxın.
Ad, soyad, ata adı və ya ünvan məlumatlarını dəyişmək istədiyiniz halda, qeydiyyatdan keçdiyiniz elektron poçt ünvanından şəxsiyyət vəsiqəsinin hər iki üzünün surətini və Camex ID nömrənizi info@camex.net elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Məlumatlarınız əməkdaşlarımız tərəfindən ən qısa zamanda yenilənəcəkdir.
Reyslərin cədvəli
Ölkə Göndəriş haqqında məlumat ABŞ Paketlər həftədə 1 dəfə göndərilir. Reys cümə axşamı günü bağlanır. ALMANİYA Paketlər həftədə 2 dəfə göndərilir. 1-ci reys çərşənbə günü, 2-ci reys isə cümə günü bağlanır. ÇİN Paketlər həftədə 1 dəfə göndərilir. Reys bazar günü bağlanır. İSPANİYA Paketlər həftədə 1 dəfə göndərilir. Reys cümə axşamı-cümə günü bağlanır. YUNANISTAN Paketlər həftədə 1 dəfə göndəriləcək (bu barədə məlumat tezliklə veriləcək). İNGILTƏRƏ Paketlər həftədə 1 dəfə göndərilir. Reys cümə günü bağlanır. Şəxsi hesabda bağlama haqqında məlumat nə üçün qeyd edilməlidir?
Azərbaycan hava limanına çatdırılan hər bir bağlama gömrük yoxlamasından keçir.
Gecikmələrin qarşısını almaq üçün müştəri Camex şəxsi hesabına daxil olaraq sifariş haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Sifariş məlumatı bağlama xarici anbara çatdırılmamışdan əvvəl qeyd edilməlidir.
Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryer xidmətinə təhvil verildikdən və izləmə nömrəsi təqdim edildikdən sonra mümkündür.
Müştəri yük haqqında məlumatı Camex hesabında əvvəlcədən qeyd etdiyi halda, bağlamanın qəbulunda və çatdırılmasında gecikmə yaranmır.
İstisnalar:
Nadir hallarda satıcılar bağlamanı izləmə nömrəsi təqdim etmədən göndərə bilərlər. Bu halda bəyannamə yalnız bağlama anbara daxil olduqdan sonra doldurulmalıdır.
Məlumatların düzgün və dəqiq qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının əsas şərtlərindən biridir.
Təzminatın ödənilməsinin qaydaları
Geri ödəniş prosesi minimum 30 iş günündən başlayır. Nəzərə alın ki, şirkət müştəridən bağlamanın həqiqətən anbara təhvil verildiyini təsdiqləyən əlavə məlumat və ya sübut tələb etmək hüququna malikdir.
Şirkət xarici anbara zədələnmiş şəkildə daxil olmuş və ya hesab-fakturada göstərilən məlumatlara uyğun olmayan bağlamalara görə məsuliyyət daşımır.
Həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması nəticəsində yükün gömrük orqanları tərəfindən gecikdirilməsi, saxlanılması və ya müsadirə olunmasına görə şirkət məsuliyyət daşımır.
Yükün şirkətin təqsiri nəticəsində itirilməsi və ya zədələnməsi halında təzminat məbləği müştərinin Camex sistemində və Smart Customs gömrük portalında bəyan etdiyi məhsul dəyəri əsasında müəyyən edilir. Hər iki sistemdə göstərilən məlumatlar tam şəkildə uyğun olmalıdır.
Şirkət anbar əməkdaşlarının imzası olmayan bağlamalara görə məsuliyyət daşımır.
Anbarda 2 aydan artıq saxlanılan bağlamalar avtomatik olaraq şirkətin mülkiyyətinə keçirilə bilər.
ABŞ-ın dövlət poçtu - USPS haqqında bilməyiniz zəruri olan məlumat
Əksər hallarda, satıcılar bağlamalarının çatdırılması üçün USPS kuryer xidmətini seçirlər(Ucuz olduğu üçün). Lakin bu poçtun kifayət qədər çatışmamazlıqları var.USPS kuryer ximdəti Şənbə və Bazar günləri bağlamaları anbara çatdırmır. Onlar yalnız Şənbə və Bazar günləri yükü öz sistemlərində qeydiyyata salaraq yükün mövqeini “təslim edilib”(delivered) qeyd edirlər. Faktiki çatdırılma isə Bazar Ertəsi həyata keçirilir, hansı ki əslində həqiqətə uyğun deyil və istifadəçini çaşdırır.
Müvafiq olaraq, USPS vasitəsilə çatdırılan bağlamalar, onların «Camex» anbarına faktiki çatdırılmasına qədər hesabınızda görünməyəcəklər.
Bu səbəbdən, hər hansı dəyərli əşya aldığınız təqdirdə, Amerika daxili digər( UPS, DHL, FEDEX, DPD, PİLOT) kuryer xidmətlətindən istifadə etməyiniz tövsiyyə edilir.