Giriş

E-poçt və şifrə daxil edin

Şifrəni unutmuşam?


Qeydiyyat

Xəbərlər

2016-12-30
Yeni İl
Əziz Müştərilər, nəzərinizə çatdırırıq ki, " Dünya Azərbaycanlılarının Həmrəylik Günü və …
Davam etmək...
2016-09-23
Referendum Günü
Hörmətli Müştərilər, nəzərinizə çatdırırıq ki, Referendum günü ilə əlaqədar olaraq, 2…
Davam etmək...
2016-07-05
Müqəddəs Ramazan Bayramı
Hörmətli Müştərilər, nəzərinizə çatdırırıq ki, “ Müqəddəs Ramazan bayramı ” ilə əlaqəd…
Davam etmək...

Reklam




Çatdırılma Xidməti

FAQ



    Həcm çəkisi nədir və onun hesablama qaydası.

    Aviadaşınma zamanı həcm çəkisi anlayışı altında bağlamanın hesablanmış qabarit ölçüləri nəzərdə tutulur və hesablanır. Həcm üzrə hesablama isə bağlamanın fiziki çəkisinin qablaşdırma ölçülərindən az olduğu halda aparılır.

    Hesablama qaydası:
    uzunluq X en X hündürlük /  366 = həcm çəkisi (düym hesabı ilə) 
    uzunluq X en X hündürlük / 6000 = həcm çəkisi (metrik hesab ilə)

    Kalkulyator pəncərəsinə bax: Təklif etdiyimiz düstür istifadəçi üçün ən rahat hesab olunur. http://camex.az/pricecalc?lang=az


    The United States Postal Service (USPS) - Amerika Dövlət Poçtu şirkəti barədə hansı məlumatı bilmək vacibdir.


    Çox vaxt internet mağazalar tərəfindən USPS şirkətinin ucuz xidmətindən istifadə olunur. Lakin nəzərə almaq lazımdır ki, sözü gedən şirkətin xidməti prosedurlarında müəyyən fərqlilik mövcuddur. İlk növbədə, bağlamalar həftənin Şənbə günü anbara çatdırılmır, yalnız sistem qeydiyyatından keçirilir və həftənin bazar ertəsi ünvana çatdırılmaq məqsədilə yüklənilirlər. Bu səbəbdən bağlamalar "çatdırılıb" (delivered) statusu ilə işarələnir, nəticə reallığa uyğun olmadığına görə müştərilərdə çaşqınlıq yaranır. Təşkılat iş formatının dəyişməz olaraq qalacağını vurğuladı və tərəfimizdən aparılmış bütün danışıqlar nəticəsiz qalmışdır. Sizə dəyərli olan əşyanı əldə etdikdə və digər poçt-kuryer xidməti seçimi mövcud olduqda, düzgün seçim etməyinizi tövsiyyə edirik.
     


    Yüklərin çatdırılma vaxtı.

    Təyyarənin ABŞdən uçuşu həftənin Bazar ertəsi həyata keçirilir, Bakıya gəlişi - Çərşənbə günüdür. Cümə axşamı daxil olmaqla ABŞda yerləşən anbarımıza çatdırılan bağlamalar Bazar ertəsi yola salınırlar. Сümə axşamından sonra anbara çatdırılan bağlamaların Bakıya göndərişi isə bir həftədən sonra həyata keçiriləcəkdir.
     


    Bağlamalar barədə məlumat:

    Bağlamalara görə cavabdehliyi poçt-kuryer xidməti tərəfindən təgdim olunmuş CAMEX şirkətinin anbar əməkdaşının imzası ilə təsdiq edilmiş sənədin əsasında daşıyırıq. Əqər Sizin bağlama bizim anbara çatdırılıqdan sonra 3 (Üç) iş günü ərzində Sizin şəxsi akkauntunuzda göstərilməzsə, o zaman bizə bağlama haqqında yazılı şəkildə məlumat verməyiniz xahiş olunur (invoice, tracking nömrə, ID nömrə). Əgər anbardakı əməkdaşlarımız tərəfindən qəbul edilmiş bağlama 1 (Bir) ay ərzində tapılmazsa, o zaman CAMEX şirkəti bağlamanın dəyərini tam həcmdə ödəməyi öhdəsinə götürür.


    İnternet-mağazalarda qeydiyyatdan keçmə qaydaları.

    1. Sifariş verdiyiniz zaman şəxsi akkauntunuzda qeyd olunan ünvanı tam formada daxil etməyiniz Sizdən artıq dərəcədə xahiş olunur. "Adress Line 2" qrafasının doldurulması şərtdir.
    2. Əqər internet-mağaza öz ünvan variantını Sizə təklif edirsə, Siz yalnız qeyd etdiyiniz ünvanı seçməlisiniz (original address).
    3. Əqər internet mağaza Zip/Postal code (19804 - 1618) tam şəkildə qəbul etmirsə, o zaman birinci 5 (Beş) rəgəmi daxil etmək kifayyətdir. Həmçinin, nəzərinizə çatdırmaq istərdik ki, bizim saytda qeyd olunan DE ştatı – DELAWARE ştat adının qısadılmış formasıdır.
    4. Sifariş verdikdən sonra tracking nömrəyə fikir verin. O, bizim anbara çatdırılan zaman dəyişirilə bilər. Tracking nömrə dəyişirildikdə yenisini poçt saytında görə bilərsiz (bağlamanın çatdırılma tarixinin yanında qeyd olunur).

     

Live Help